...

Ağdamda yol qəzasında piyada ölüb (FOTO)

Hadisə Materials 6 Dekabr 2023 22:02 (UTC +04:00)
Ağdamda yol qəzasında piyada ölüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub.

Trend xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə yolu keçmək istəyən Ağdam rayon sakini Asəf Verdiyevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asəf Verdiyev hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti