Bakı. Trend:
Sumqayıt şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.