Bakı. Trend:
Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.
Məsələ ilə bağlı Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər ki, buna səbəb güclü külək əsməsi nəticəsində cərəyan qəbuledici naqillərin zədələnməsidir.
"Odur ki, qatarların hərəkət qrafikində cüzi kənara çıxma halları (6-8 dəqiqə) qeydə alınıb", - deyə məlumatda qeyd olunub.