Bakı. Trend:
Ağdamda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun verdiyi məlumata görə, qəza rayonun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb. "Lada Priora" markalı avtomobilin sürücüsü Xəyal Məhərrəmov yolu keçmək isdəyən orta yaşlı qadını vurub.
Nəticədə Mehparə Qurbanova aldığı müxtəlif bədən xəsarətlərindən yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları və istintaq qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.