...

Bakıda təmir sexində yanğın olub

Hadisə Materials 18 Fevral 2024 10:02 (UTC +04:00)
Bakıda təmir sexində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti