...

Bərdədə evakuatorla minik maşını toqquşdu: ölən var (FOTO)

Hadisə Materials 11 Mart 2024 10:40 (UTC +04:00)
Bərdədə evakuatorla minik maşını toqquşdu: ölən var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə evakuatorla minik maşını toqquşub, bir nəfər ölüb.

Trend xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Ağamirzəyev Nəriman Fərman oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, 1978-ci il təvəllüdlü Etibar Məmmədov idarə etdiyi "İSUZU" markalı evakuatorla "VAZ" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində vaz markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində "VAZ"ın sürücüsü Fərman Ağamirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti