...

Bakıda mənzildə köməksiz vəziyyətdə qalanlar xilas edilib

Hadisə Materials 16 Mart 2024 21:42 (UTC +04:00)
Bakıda mənzildə köməksiz vəziyyətdə qalanlar xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti