...

Neftçalada birmərtəbəli ev yanıb

Hadisə Materials 8 Aprel 2024 00:25 (UTC +04:00)
Neftçalada birmərtəbəli ev yanıb

Bakı. Trend:

Neftçala şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 48 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti