...

Abşeronda evdən külli miqdarda oğurluq edilib

Hadisə Materials 18 Aprel 2024 10:55 (UTC +04:00)
Abşeronda evdən külli miqdarda oğurluq edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda evdən külli miqdarda oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti