...

Bakıda piyada keçidindən keçən şəxsi maşın vurub öldürdü

Hadisə Materials 11 İyul 2024 09:37 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb.

Trend xəbər verir ki, hadisə Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.

Teymurov Pərviz Mətləb oğlu idarə etdiyi avtomobillə yerüstü piyada keçidi olan yerdə yolu keçən piyada Musayev Salman Mahmud oğlunu vurub. Piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti