Bakı. Trend:
Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində ümumi sahəsi 1000kv.m olan restoranın mətbəxinin yanar konstruksiyaları və damına çəkilmiş şüşə pambıq üzlük 70kv.m. sahədə yanıb.
Restoranın böyük hissəsi yanğından mühafizə olunub.
xxx
12:17
Sumqayıtda restoranda yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.