...

Beyləqanda uşağın dərmandan zəhərlənərək ölməsi hadisəsinin təfərrüatları MƏLUM OLDU (FOTO)

Hadisə Materials 19 Fevral 2025 17:02 (UTC +04:00)
Beyləqanda uşağın dərmandan zəhərlənərək ölməsi hadisəsinin təfərrüatları MƏLUM OLDU (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Nəzarətsiz qalan uşaq nənəsinin evdəki şəkər dərmanlarını bilmədən yeyib.

Trend xəbər verir ki, bunu 2020-ci il təvəllüdlü Tahirli Dənizin dayısı Sofiq Novruzov jurnalistlərə açıqlamasında deyib.

O bildirilib ki, uşağın zəhərlənməsini həmin an bilməyiblər:

“Həmin an uşaq zəhələnib və bilməyiblər. 15-20 dəqiqə sonra uşağın balaca bacısı deyib ki, bacım dərman uddu. Ondan sonra evdəkilər hadisəni biliblər. Dənizi həkimə gətirsələr də təxminən yarım saat sonra uşaq dünyasını dəyişib. Allah heç kimin başına gətirməsin. O, körpə uşaq idi. Beş yaşının tamam olmasına az qalmışdı.”.

Qeyd edək ki, bu gün Beyləqanda 2020-ci il təvəllüdlü Tahirli Dəniz dərmandan zəhərlənərək ölüb. D.Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti