...

ŞÖBƏ RƏİSİ ÖZÜNÜ ÖLDÜRMƏMİŞDƏN ƏVVƏL MƏKTUB YAZIB

Hadisə Materials 31 Avqust 2005 18:15 (UTC +04:00)

Avqust ayının 31-də saat 10.30 radələrində yaşadığı mənzildə ov silahı ilə özünə qəsd edən Məzahir Əliyev hadisədən əvvəl məktub yazıb. Bu barədə Trend ə daxili işlər orqanlarındakı mənbələr məlumat verib.

Məlumatda bildirilir ki, Məzahir Əliyev ölümündən əvvəl həmin məktubu həyat yoldaşına yazıb. Mərhumun həyat yoldaşı həmin məktubu hadisəni araşdıran istintaqçılara verməyib və bildirib ki, məktubu yalnız daxili işlər naziri Ramil Usubova təqdim edəcək.

İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində və Nərimanov rayon Prokurorğulunda araşdırmalar aparılır.

Qeyd edək ki, DİN Cinayət-axtarış İdarəsinin şöbə rəisi Məzahir Əliyev əvvəllər Balakən rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti