...

Oktyabrın 30-na olan kriminal xronika

Hadisə Materials 31 Oktyabr 2005 14:46 (UTC +04:00)

Oktyabrın 30-da daxili işlər orqanları tərəfindən 8 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 5-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 10 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti