...

Fevralın 6-na olan krimxronika

Hadisə Materials 7 Fevral 2006 15:40 (UTC +04:00)

Fevralın 6-da daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 19 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 30 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti