...

Azərbaycanda Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə yaxalanıb

Hadisə Materials 13 Fevral 2006 14:25 (UTC +04:00)

Azərbaycanın paytaxtı Bakı şəhərində Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə yaxalanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Cinayətkar dəstə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ifşa olunub.

Əvvəllər dəfələrlə məhkum olunmuş cinayət dəstə üzvləri David Xvadaqiani, David Marikaşvili və David Berikişvili

D.Marikaşvilidən 4,322 qram, D.Berikişvilidən isə 5,17 qram heroin götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar Bakı şəhər sakini Seyfəddin Məmmədovun evindən 500 min avro və qızıl-zinət əşyaları oğurlayıblar. Onlardan S.Məmmədovun evindən oğurladıqları 347 min avro, 685 ABŞ dolları, 1 ədəd bilərzik, 2 ədəd medalyon, 5 ədəd boyunbağı, 1 cüt sırğa, 5 ədəd üzük, 1 ədəd sancaq, 1 ədəd qol saatı, 1 ədəd sandıqça maddi sübut kimi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti