...

Azərbaycan Ordusunun daha bir əsgəri cəbhə bölgəsində həlak olub

Hadisə Materials 15 Mart 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ağdam rayonu ərazisindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinina atəşkəsi pozması nəticəsində Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Şirinov Dilqəm Bəxtiyar oğlu aldığı güllə yarasından həlak olub. Ötən ilin oktyabrında İsmayıllı rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Şirinovun cənazəsi dəfn olunmaq üçün İsmayıllı rayonuna aparılıb.

Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə təkzib edib.

Xəbər lenti

Xəbər lenti