...

Biləsuvar - Mingəçevir yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 30 İyun 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Biləsuvar - Mingəçevir yolunun 15-ci kilometrliyində, dünən saat 15:40 radələrində ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. Nəticədə maşını idarə edən Qaradağ rayonunun Qobustan qəsəbə sakini 1973-cü il təvəllüdlü Nağıyev Çinqiz Allahverdi oğlunun idarə etdiyi Mersedes 240 markalı 10 UT 408 nömrə nişanlı avtomobil yüksək sürətlə idarə olunduğuna görə magistral yolun döngəsində dərəyə yuvarlanıb. Nəticədə maşını idarə edən sürücü yerindəcə keçinib. Maşında olan digər sərnişin Qaradağ rayonunun Lökbatan qəsəbə sakini 27 yaşlı Quliyev Elnur Aqil oğlu bədən xəsarətləri alaraq, Biləsuvar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onv ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaət bəxşdir. Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti