...

Azərbaycan Milli Ordusunun iki əsgəri və bir zabiti minaya düşüb

Hadisə Materials 9 Avqust 2007 16:37 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun iki əsgəri və bir zabiti minaya düşüb

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu, K.Zərbalıyeva/ Azərbaycan Milli Ordusunun iki əsgəri və bir zabiti minaya düşüb. Trend in bölgə müxbirinin məlumatına görə, əsgərlər cümə axşamı saat 11:30 radələrində Ağdam rayonunda qoşunların təmas xəttinə yaxın ərazisində minaya düşüblər.

Qəbələ rayon hərbi komissarlığından 2006-cı ildə hərbi xidmətə çağrılan Qəbələ sakini Ceyhun Qarayev və onun əsgər yoldaşı Bakının Yasamal rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan Zaur Məmmədov yaralanıblar. Hadisə yerinə gələn polkovnik-leytenant Gülağa Məmmədov da minaya düşərək ağır bədən xəsarəti alıb. Yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqda yerləşən hərbi hospitala yerləşdiriliblər. Yaralıların vəziyəti barədə hospitaldan heç bir məlumat verilmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb

Xəbər lenti

Xəbər lenti