...

"Neapol" istirahət mərkəzinin qalıqları altında daha bir fəhlə qala bilər

Hadisə Materials 15 Avqust 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. S.Ağayeva/ Ehtimal olunur ki, "Neapol" istirahət mərkəzinin qalıqları altında daha bir fəhlə var. Söhbət Xızı rayonunun sakinindən gedir. Bu barədə qalıqlar altında qaldığı ehtimal edilənin qohumları məlumat veriblər.

Hadisə yerində olan Trend in müxbirinin verdiyi məlumata görə, xilasedicilər iki uşaq atası, Zəngilandan olan məcburi köçkün 57 yaşlı Rafiq Məmmədovun cəsədini çıxartmağa müvəffəq olublar.

Binanın qalıqları arasında Sumqayıtdan olan 43 yaşlı Rauf Abdullayev qalır.

Dünən "Neapol" istirahət mərkəzində aparılan tikinti işləri zamanı binanın uçması nəticəsində bir fəhlə yaralanıb və ikisi qalıqlar altında qalıb. Binanın uçmasının səbəbləri hələ aydınlaşdırılmayıb. FHN-dən rəsmi şərhlər almaq hələlik mümkün olmayıb.

Abşeron Prokurorluğunun müstəntiqi Xanlar Qafarovun bildirdiyinə görə, tikinti fərdi şəxs tərəfindən aparılıb. Lakin Qafarov onun adını açıqlamayıb. Cinayət Məcəlləsinin 222.2-ci maddəsi (tikinti, dağ və digər işlərin aparılması qaydalarına riayət olunmaması nəticəsində diqqətsizlik ucbatından zərərçəkənin ölümünə və yaxud ağır nəticələrə gətirib çıxarılması ) ilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti