...

Xərçəng şişlərinin "mühərriki" tapılıb

Maraqlı Materials 10 Yanvar 2012 10:17 (UTC +04:00)
Sinqapur alimləri ağ ciyər xərçənginin inkişafına təkan verən əsas genləri tapmağa nail olublar. Trend-in məlumatına görə, bu barədə Xinhua agentliyi xəbər verib.
Xərçəng şişlərinin "mühərriki" tapılıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Sinqapur alimləri ağ ciyər xərçənginin inkişafına təkan verən əsas genləri tapmağa nail olublar. Trend-in məlumatına görə, bu barədə Xinhua agentliyi xəbər verib.

Alimlərin apardıqları tədqiqat nəticəsində məlum olub ki, az sayda xərçəng gövdə hüceyrələri (TIC-hüceyrələr) şişlərin böyüməsinə səbəb olur. Mütəxəssislərin aşkara çıxardıqları CD166 markeri isə həmin hüceyrələri ayırmağa imkan verir.

Ekspertlər Sinqapurdakı Gen İnstitutunun alimi Bin Limin rəhbərliyi altında TIC-hüceyrələrinin genetik analizini aparıblar. Bu xərçəng hüceyrələrinin böyüməsi üçün lazım olan bir neçə geni tapmağa imkan verib.

Həmin genlər qlisin dekarboksilazanın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyi zaman özlərini biruzə verib. Əvvəlcə hüceyrələrdə az sayda olan məhz bu enzim hüceyrələrdə dəyişikliyin baş verməsinə yol açaraq onları xərçəng hüceyrələrinə çevirir. Ekspertlər əldə olunan biliyin xərçənglə mübarizədə istifadə olunacağına əmindirlər.

Xəbər lenti

Xəbər lenti