...

Yaponlar "kosmos lifti" hazırlayırlar

Maraqlı Materials 23 Fevral 2012 20:56 (UTC +04:00)
Yaponlar saatda 200 kilometr sürətlə hərəkət edəcək "kosmos lifti" hazırlamağa başlayıblar.
Yaponlar "kosmos lifti" hazırlayırlar

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Salmanov/

Yaponlar saatda 200 kilometr sürətlə hərəkət edəcək "kosmos lifti" hazırlamağa başlayıblar. Bu barədə cümə axşamı Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, "kosmos lifti" 7,5 gün ərzində 36 min kilometr yüksəkliyə qalxa biləcək.

Yaponiyanın "Obayashi" firmasının həyata keçirmək istədiyi fantastik layihənin 2050-ci ildə başa çatacağı güman edilir.

Layihənin rəhbəri Satomi Katsuyamanın sözlərinə görə, belə bir layihəni reallaşdırmaq üçün bütün texnologiyalara malikdirlər.

Firma qısa müddətdən sonra Yaponiyanın 634 metrlik ən hündür binası olan "Tokyo Sky Tree"nin açılışını həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti