...

Alkoqolsuz içkilər ürəyə ziyandır

Maraqlı Materials 14 Mart 2012 12:34 (UTC +04:00)
Birləşmiş Ştatlarda aparılan araşdırma bir gün ərzində içilən bir şüşə alkoqolsuz içkinin insanda ürək-damar xəstəlikləri riskini 20 faiz artırdığını göstərib.
Alkoqolsuz içkilər ürəyə ziyandır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir X.Murtuzayeva/

Birləşmiş Ştatlarda aparılan araşdırma bir gün ərzində içilən bir şüşə alkoqolsuz içkinin insanda ürək-damar xəstəlikləri riskini 20 faiz artırdığını göstərib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.

ABŞ-ın Harvard Universitetində 40-dan 75 yaşadək 43 min insan arasında aparılan araşdırma sübut edib ki, bir litr şəkərli qarışıq və ya sərinləşdirici içki içən şəxsin heç içməyən və ya daha az içənlərə nisbətən ürək-damar xəstəliklərinə tutulması riski 20 faiz çoxdur.

Nüfuzlu Harvard Universitetinin ictimai sağlamlıq fakültəsinin qıda və yoluxucu xəstəliklər bölməsinin professoru Frank Hu şəkər qatılmış içkilərin mütəmadi olaraq içilməsinin ürək və damar sağlamlığı üçün zərərli olduğunu göstərən araşdırmanın aparıldığını bildirib. Onun sözlərinə görə, nəticələr xəstələr və xüsusilə də ictimaiyyət tərəfindən şəkər qatılmış bu içkilərin içilməsinin miqdarının son dərəcə azaldılmasının vacibliyini göstərir.

Alimlər gündə bir litrin üçdə biri qədər alkoqolsuz içki içən şəxslərin xəstələnmə ehtimalının siqaret, hərəkətsizlik, spirtli içki və genetik amillərlə daha da təhlükəli hala gəldiyinə işarə edirlər. Lakin bu riskin həftədə sadəcə iki şüşə və ya daha az alkoqolsuz içki içənlər üçün təhlükə törətmədiyini də bildirirlər.

Xəbər lenti

Xəbər lenti