...

Mədəaltı vəzi xərçənginin müalicəsində sıçrayış

Maraqlı Materials 1 May 2012 13:52 (UTC +04:00)
İngiltərə Xərçəng Araşdırmaları Mərkəzi mədəaltı vəzi xərçənginin bəzi tipləri ilə bağlı çox mühüm kəşfə imza atıb.
Mədəaltı vəzi xərçənginin müalicəsində sıçrayış

Azərbaycan, Bakı, 1 may / Trend, müxbir X.Murtuzayeva /

İngiltərə Xərçəng Araşdırmaları Mərkəzi mədəaltı vəzi xərçənginin bəzi tipləri ilə bağlı çox mühüm kəşfə imza atıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Belə ki, tədqiqatçılar "USP9x" adlı genin bəzi xəstələrdə mədəaltı vəzi şişinin yayılmasının qarşısını ala biləcək bir özəlliyə sahib olduğunu müəyyən ediblər. Tədqiqat zamanı bu genin xərçəng səbəbindən aktivliyini dayandırdığı, bunun da şişin orqanizmə yayılmasını sürətləndirdiyi məlum olub.

"US9x"in geni mutasiyaya uğramadığı halda funksiyasını itirən zaman işə zülalların və başqa kimyəvi maddələrin ona yapışması faydalı olur. Alimlərin bu kəşfi mədəaltı vəzi xərçənginin müalicəsinə yeni yanaşma qapılarını aça bilər.

Xəbər lenti

Xəbər lenti