...

BVF-in keçmiş rəhbərini həyat yoldaşı evdən qovub

Maraqlı Materials 29 İyun 2012 16:12 (UTC +04:00)
BVF-in keçmiş rəhbəri Dominik Stross-Kan evsiz-eşiksiz qalıb. Belə ki, təxminən bir ay əvvəl onun məşhur art-dilerin varisi və bu yaxınlarda "Huffington Post"un fransız versiyasının baş redaktoru olan həyat yoldaşı Ann Sinkler, başı qalmaqallardan ayrılmayan, sosialist qadının arxasınca sürünən, prezident olmağa çalışsa da, qulluqçuya cinsi təcavüzdə ittiham olunan ərini küçəyə atıb.
BVF-in keçmiş rəhbərini həyat yoldaşı evdən qovub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir X.Murtuzayeva/

Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri Dominik Stross-Kan evsiz-eşiksiz qalıb. Belə ki, təxminən bir ay əvvəl onun məşhur art-dilerin varisi və bu yaxınlarda "Huffington Post"un fransız versiyasının baş redaktoru olan həyat yoldaşı Ann Sinkler, başı qalmaqallardan ayrılmayan, sosialist qadının arxasınca sürünən, prezident olmağa çalışsa da, qulluqçuya cinsi təcavüzdə ittiham olunan ərini küçəyə atıb. Bu barədə Trend "The New York Daily News" qəzetinə istinadən məlumat verir.

"Onun işi pisdir. O, çox pərişandır. Əsasən, evdə tənha oturur. Halbuki Ann hazırda öz yeni işi ilə bərk məşğuldur. Hamı ondan qaçır", - tanışlarından biri BVF-in keçmiş rəhbərinin vəziyyətini belə şərh edib.

Xatırladaq ki, Dominik Stross-Kanın seksual zəmində əməlləri ilə bağlı qalmaqal bir il əvvəl başlayıb. Məmur 2011-ci il mayın 14-də Nyu-Yorkdakı mehmanxanalardan birində xidmətçinin ərizəsi əsasında saxlanılıb. BVF-in keçmiş rəhbəri bir neçə gün həbsxanada saxlandıqdan sonra məhkəmə onu ev dustaqlığına məhkum edib.

Stross-Kan BVF-in sərəncamçı direktoru postundan 2011-cu il mayın 19-da istefa verib. Onun barəsində cinayət işinə avqustun 23-də xitam verilib. Prokurorluq mehmanxana xidmətçisinin əvvəllər dəfələrlə müxtəlif orqanları aldatmasını əsas gətirərək, çox güman ki, onun bu dəfə də ifadə verərkən yalan danışdığını bəyan edib. BVF-in keçmiş rəhbəri sentyabrda Fransaya qayıdıb. Burada isə ona qarşı digər işlər üzrə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti