...

Saray, yoxsa qatar? (FOTO)

Maraqlı Materials 11 İyul 2012 10:31 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə həyata keçirilən layihə hamıya çox yaxşı tanış olan məşhur ifadəni xatırladır: “Paris xalqı kef çəkir”.
Saray, yoxsa qatar? (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir X.Murtuzayeva/

Fransanın paytaxtı Parisdə həyata keçirilən layihə hamıya çox yaxşı tanış olan məşhur ifadəni xatırladır: "Paris xalqı kef çəkir". Belə ki, paytaxtın nəqliyyat xidməti yetkililəri Versal sarayı ilə razılaşma imzalayaraq sarayın dekorasiyasını qatar vaqonlarına köçürüblər. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən yazır.

Layihə çərçivəsində ana qatar xəttində çalışan sərnişin qatarlarından biri başdan-ayağa yenilənib. Belə ki, burada Versal sarayının rənglərindən istifadə edilərək hazırlanan kürsülər Paris əhalisinə kefli bir səyahət etmək imkanı verir. Vaqonlardan birinin dekorasiyası sarayın kitabxanasına bənzədilib.

Xəbər lenti

Xəbər lenti