...

Useyn Boltdan sürətli qaçan robot istehsal edilib

Maraqlı Materials 7 Sentyabr 2012 19:57 (UTC +04:00)
Yamaykalı dünya və olimpiya çempionu Useyn Boltdan daha sürətli qaçan robot istehsal edilib.
Useyn Boltdan sürətli qaçan robot istehsal edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Salmanov/

Yamaykalı dünya və olimpiya çempionu Useyn Boltdan daha sürətli qaçan robot istehsal edilib. Bu barədə Trend cümə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə "Boston Dynamics" şirkəti tərəfindən istehsal edilən robot test sınaqlarında saatda 45,5 kilometr sürət yığıb.

Bununla da "Gepard" ləqəbli robot yeni dünya rekorduna imza atıb. Xatırladaq ki, Bolt saatda 27,7 kilometr sürət yığaraq olimpiya çempionu olmuşdu.

Robotdan 2013-cü ildə müharibə ərazilərində istifadə edilməsi nəzərdə tutulur. Robot quruda ən sürətli heyvan olan və saatda 121 kilometr sürət toplaya bilən hepardın əsasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti