...

Cəlilabadda üçqulaqlı buzov doğulub (FOTO)

Maraqlı Materials 16 Mart 2013 16:25 (UTC +04:00)
Cəlilabad rayonunun Muğan kəndində yaşayan Ərzuman Əliyevin təsərrüfatında maraqlı hadisə baş verib.
Cəlilabadda üçqulaqlı buzov doğulub (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Cəlilabad rayonunun Muğan kəndində yaşayan Ərzuman Əliyevin təsərrüfatında maraqlı hadisə baş verib. Trend Cənub TV-yə istinadən xəbər verir ki, buzovun başındakı iki qulaqdan savayı onun bel nahiyyəsində də kiçik qulaqcığı var.

Bölgə müxbirinin verdiyi məlumata görə, bir müddət əvvəl onun təsərrüfatındakı iribuynuzlu heyvanlardan biri qeyri-adi buzov doğub. Buzovun başındakı iki qulaqdan savayı onun bel
nahiyyəsində də kiçik qulaqcığı var. Lakin baş nahiyyəsindəki qulaqlardan fərqli olaraq, buzovun üçüncü qulaqcığının ölçüsü nisbətən kiçikdir. Buzov bu qulağı normal hərəkət etdirə bilmir. Tam sağlam olan buzovun qidalanması da normaldır.

Mütəxəssilərin fikrincə, təbiətdə buna oxşar hadisələr irsi dəyişkənlik nəticəsində baş verən anomal prosesdir. Bu kimi hallar təbiətdə ekoloji tarazlığın pozulması nəticəsində yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti