...

Çin jurnalistlərinə xarici KİV-ə istinad etmək qadağan edilib

Maraqlı Materials 17 Aprel 2013 19:05 (UTC +04:00)
Çinin Çap və Nəşriyyat İşləri Baş İdarəsinin rəhbərliyi yerli jurnalistlərə xarici KİV-ə istinad etməyi qadağan edib.
Çin jurnalistlərinə xarici KİV-ə istinad etmək qadağan edilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Çinin Çap və Nəşriyyat İşləri Baş İdarəsinin rəhbərliyi yerli jurnalistlərə xarici KİV-ə istinad etməyi qadağan edib. Bu barədə Trend çərşənbə günü "Daily Telegraph" qəzetinə istinadən məlumat verir.

"Heç bir mətbuat orqanının xarici KİV və ya veb-saytın təqdim etdiyi informasiyadan xüsusi icazə olmadan istifadə etmək hüququ yoxdur", - Baş İdarənin göstərişində deyilir.

Məlumata görə, bu addım "rəhbərliyin möhkəmləndirilməsi"nə və "zərərli informasiya"nın (Çin üçün) qarşısını almağa yönəlib.

Lakin bəzi mütəxəssislər hesab edirlər ki, bu yeniliyi həyata keçirmək çətin olacaq. Qeyd edilir ki, hazırda Çin KİV beynəlxalq hadisələri işıqlandırarkən iri xarici mətbuat orqanlarının məlumatlarından fəal istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti