...

Xanımlarını çiyinlərində daşıyan kişilərin çempionatı

Maraqlı Materials 13 Oktyabr 2014 16:01 (UTC +04:00)
ABŞ-ın Nyuri şəhərində kişilərin xanımlarını çiyinlərində daşıması üzrə çempionat keçirilib.
Xanımlarını çiyinlərində daşıyan kişilərin çempionatı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

ABŞ-ın Nyuri şəhərində kişilərin xanımlarını çiyinlərində daşıması üzrə çempionat keçirilib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, hər il keçirilən çempionatda cütlüklərə 278 metr məsafəni ən qısa müddətə qət etmək tapşırığı verilib. Yarışın qaydalarına əsasən, onlar məsafəni qət edərkən müxtəlif maneələrlə üzləşirlər.

Çempionatın qalibi adını Cessi Voll və Kristina Arselault cütlüyü qazanıb. Cütlüyün hələ gələn il toy edəcəyinə baxmayaraq, təşkilatları onları yarışa buraxmaq qərarına gəlib.

Analoji çempionat gələn il İsveçdə keçiriləcək. Yarışın qalibləri çəkilərinə görə mükafatlandırılır. Kişilər pivə ilə, qadınlar isə hər kiloqrama görə 11 dollarla mükafatlandırılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti