...

Poliqlot robot

Maraqlı Materials 3 Fevral 2015 14:08 (UTC +04:00)
Yaponiyada bankların birində insanabənzər robotlar işləməyə başlayacaq.
Poliqlot robot

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/

Yaponiyada bankların birində insanabənzər robotlar işləməyə başlayacaq. Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransanın "Aldebaran Robotics S" şirkətinin hazırldağı NAO androidlərinin üç barmağı var.

Onların hündürlüyü 58 santimetr, çəkisi isə 5,4 kiloqramdır. Robotlar bankın müştərilərinin suallarını cavablandıracaq, 19 dildə ünsiyyət saxlayacaqlar.

Androidlərin bu ilin aprelində işə çıxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti