...

Məşhur rəssamın əsərləri satış rekordu vurdu: bir saata beş əsər və 83,8 milyon dollar

Maraqlı Materials 5 Fevral 2015 14:32 (UTC +04:00)
Londonda hərraca çıxarılan və bir saat ərzində satılan Klod Monenin beş əsəri “Sotheby's” hərracında rekord müəyyən edib.
Məşhur rəssamın əsərləri satış rekordu vurdu: bir saata beş əsər və 83,8 milyon dollar

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Londonda hərraca çıxarılan və bir saat ərzində satılan Klod Monenin beş əsəri "Sotheby's" hərracında rekord müəyyən edib. Satılan əsərlərin ümumi məbləği 55,7 milyon funt (83,8 milyon dollar) olub. Trend bu barədə BBC-yə istinadən xəbər verir.

"Venesiyada Qrand kanalı" əsəri hərracın ən bahalı lotu olub və 23,7 milyon funta (35,6 milyon dollara) alınıb. "Jivernada qovaqlar" şəkli 10,7 milyon funta (16,2 milyon dollara), "Sahil" 10,2 milyon funta, "Salis bağlarından Antibə mənzərə" 8,7 milyon funta, "Pionlarla güldan" 8,7 milyon funta satılıb.

Həmin gün satışlardan əldə olunan ümumi gəlir 186,4 milyon funt (280,2 milyon dollar) təşkil edib ki, bu da bir gün ərzindəki satış üçün rekorddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti