...

Dünyanın 391 yaşlı ən qoca bacıları (FOTO)

Maraqlı Materials 17 May 2015 05:05 (UTC +04:00)
Hazırda Böyük Britaniyada yaşayan dörd bacı Qladis Kamp, Fillis Friend, Doris Latam və Freda Latam özlərini dünyada ən yaşlı bacılar hesab edirlər.
Dünyanın 391 yaşlı ən qoca bacıları (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

Hazırda Böyük Britaniyada yaşayan dörd bacı Qladis Kamp, Fillis Friend, Doris Latam və Freda Latam özlərini dünyada ən yaşlı bacılar hesab edirlər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, dörd bacının birlikdə 391 yaşı var. Beləki, əkiz olan Freda və Dorisin 101, Qladisin 96, Fillisin isə 93 yaşı var.
Onlar dünyada ən yaşlı bacılar olduqlarına görə "Ginnesin Rekordlar Kitabı"na düşmək niyyətindədirlər. Bacılar bildirirlər ki, hazırda birgə yaşlarına görə "Ginnesin Rekordlar Kitabı"na düşən Böyük Britaniyadan olan digər dörd bacının ümumilikdə 388 yaşı var.

Xəbər lenti

Xəbər lenti