Azərbaycan, Bakı, 17 avqust /Trend /
NASA alimləri Yer kürəsindən yüz işıq ili məsafədə yerləşən, xarici görünüşünə görə Yupiterə bənzəyən yeni planet kəşf ediblər.
Trend BBC-yə istinadla xəbər verir ki, şərti olaraq "51 Eridani b" adlandırılan planetin 20 milyon il yaşı var.
Planetdə su izlərinin aşkar edilməsi burada nə vaxtsa həyatın olması barədə ehtimallar yaradır.