...

"Hörümçək adam" yenə göydələnə dırmandı (FOTO)

Maraqlı Materials 22 Mart 2016 19:02 (UTC +04:00)
“Hörümçək adam” kimi tanınan fransız Alen Rober Parisin “La Defans” işgüzar məhəlləsindəki “Total” qülləsinə dırmanıb.
"Hörümçək adam" yenə göydələnə dırmandı (FOTO)

Bakı. Trend:

"Hörümçək adam" kimi tanınan fransız Alen Rober Parisin "La Defans" işgüzar məhəlləsindəki "Total" qülləsinə dırmanıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, A.Rober 45 dəqiqə ərzində göydələni fəth etməyi bacarıb.

53 yaşlı "hörümçək adam"ın çıxdığı "Total" qülləsinin hündürlüyü 187 metrdir. Həmişəki kimi o, göydələnə dırmandıqdan sonra polis tərəfindən saxlanılaraq dindirildikdən sonra buraxılıb.

Qeyd edək ki, A.Rober 1994-cü ildən bəri artıq beşinci dəfədir "Total" neft korporasiyasının ofislərinin yerləşdiyi polad və şüşə tikililərə dırmanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti