...

Fillər hücuma keçdi: ölən və yaralananlar var

Maraqlı Materials 28 Dekabr 2016 11:11 (UTC +04:00)
Yerli hakimiyyət bildirir ki, burada fillərin insanlara hücumuna nadir hallarda rast gəlinir.
Fillər hücuma keçdi: ölən və yaralananlar var

Bakı. Trend:

Səhər saatlarında fillər Nepalın Praseni kəndinə hücum ediblər.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, fillərin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, Praseni kəndi xeyli sayda filin yaşadığı Bardiya Milli Parkının yaxınlığında yerləşir.

Yerli hakimiyyət bildirir ki, burada fillərin insanlara hücumuna nadir hallarda rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti