...

Ən parlaq 15-ci ulduzun görüntüsü əldə olunub

Maraqlı Materials 29 Avqust 2017 19:13 (UTC +04:00)
Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar.
Ən parlaq 15-ci ulduzun görüntüsü əldə olunub

Bakı. Trend:

Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar.

Trend-in məlumatına görə, Çili və Almaniyadan olan astronomlar “Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.

İlk dəfə Günəşdən kənar bir ulduzun maddə sürətini xəritələşdirən astronomlar Antaresin xarici atmosferində gözlənilməz hərəkətlilik olduğunu aşkar ediblər.

Şimalı Çili katolik Universitetindən olan tədqiqatçı qrupu ulduzun atmosferindəki qaz hərəkətlərini birbaşa müşahidə etmək üçün Avropa Cənubi Rəsədxanasının teleskopundan istifadə ediblər. Tədqiqatçılar ilk dəfə Günəş xaricində bir ulduzun ikiölçülü sürət xəritəsini yaradıblar. Astronomlar Antaresdə gözləniləndən daha uzaqda dalğalı, aşağı gərginlikli qaz aşkarladıqlarını da bəyan ediblər.

Antaresin diametri Günəşin diametrindən 700 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti