...

Fil turistlərin avtomobilinə hücum etdi - Dişini qırdı (VİDEO)

Maraqlı Materials 29 Yanvar 2018 12:03 (UTC +04:00)
Botsvanada milli parkların birində safari zamanı fil turistlərin olduğu avtomobilə hücum edib
Fil turistlərin avtomobilinə hücum etdi - Dişini qırdı (VİDEO)

Bakı. Trend:

Botsvanada milli parkların birində safari zamanı fil turistlərin olduğu avtomobilə hücum edib.

Trend-in məlumatına görə, hadisə şahidləri bildiriblər ki, əvvəlcə dişi fil öz balası ilə avtomobilin önündən keçib. Bunu digər fillər üçün təhlükə kimi görən erkək fil isə avtomobilə hücum edib.

Erkək filin zərbənin gücündən dişi də qırılıb.

Sürücü avtomobili hadisə yerindən uzaqlaşdıra bilib. Turistlər arasında xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti