...

Belarusda qeyri-adi təbiət hadisəsi (VİDEO)

Maraqlı Materials 20 Avqust 2018 20:34 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Belarusda şahidlər tornadonun çəkilişini aparmağa müvəffəq olublar.

Trend-in məlumatına görə, təbiət hadisəsi Lida rayonunda yol kənarındakı boş ərazidə qeydə alınıb.

Yerli sakinlər bu bölgə üçün qeyri-adi olan bu təbiət hadisəsini telefonun kamerası ilə çəkə biliblər.

Qum qasırğası bir neçə dəqiqə ərazidə dövr etsə də, insanlar hadisəni çəkərək sosial şəbəkələrdə paylaşmağı bacarıblar.

Qeyd edək ki, bir müddət əvvəl Qrondodakı çimərlikdə də tornado qeydə alınmışdı. Qasırğa güclü olmasa da, ərazidə istirahət edən insanları qorxuya salaraq sahildəki qayığı çevirməyi bacarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti