...

İngiltərə Premyer Liqası: "Mançester Siti" doğma meydanda qalib gəlib

Maraqlı Materials 13 Aprel 2024 23:23 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti"  doğma meydanda qalib gəlib

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Trend-in məlumatına görə, bu gün Mançester şəhərinin hər iki təmsilçisi oyunlarını keçirib.

Əvvəlcə "Mançester Siti" doğma meydanda "Luton"la qarşılaşıb. Görüş "şəhərlilər"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted" isə evdə "Bournmut"la qollu heç-heçə edib - 2:2.

Günün digər oyunlarında "Nyukasl" "Tottenhem"i 4:0, "Brentford" "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub edib. "Börnli" - "Brayton" (1:1) və "Nottingem Forest" - "Vulverhempton" (2:2) matçları isə bərabərliklə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 73 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik (71 xal) "Arsenal" ilə "Liverpul" komandaları isə ikinci və üçüncü pillələri bölüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti