...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2007 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 15.00-dan 15.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən,saat 21.15-dən 22.15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərdən,sentyabrın 22-də saat 01.25-dən 01.35-dək Füzuli ryounu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar, Azərbaycanın Müdafiə Nazirliyindən şənbə günü verilən məlumatda belə deyilir.

Bütün hallarda cavab atəşilə düşmən susdurulb.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti