...

Azərbaycanda "Ermənistan həftəsi"nin keçirilməsinə yol verilməməlidir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2007 15:01 (UTC +04:00)
Azərbaycanda "Ermənistan həftəsi"nin keçirilməsinə yol verilməməlidir - deputat

Azərbaycan, Bakı / Trend , müxbir C.Babayeva/ Azərbaycanda "Ermənistan həftəsi"nin keçirilməsinə yol verilməməlidir, bazar ertəsi Trend ə millət vəkili, işğal altında olan Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədov bildirib.

Ermənistanın 2 gənclər təşkilatı bəyanatla çıxış edərək Azərbaycanda "Ermənistan həftəsi"nin keçirilməsi təklifi ilə çıxış edib.

Məmmədov deyib ki, Azərbaycanda "Ermənistan həftəsi"nin keçirilməsi təklifi ermənilərin növbəti saxtakarlığıdır və dünyaya humanist xalq olduqlarını nümayiş etdirməyə xidmət edir. Onun sözlərinə görə, Azərbaycanın bir qrup nümayəndəsinin Ermənistanda "Azərbaycan həftəsi"ndə iştirak etməsi düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil.

"Torpaqlarımızı itirdiyimiz, bir milyondan çox qaçqınımız olduğu halda düşmənin məkrli planları ilə razılaşıb, Azərbaycanda da "Ermənistan həftəsi"nin təşkil edilməsinə yol verilməmilidr" Məmmədov əlavə edib.

Dekabrın 17-dən 23-dək Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin Gəncə və Ağstafa-Qazax nümayəndələri, Mingəçevirdə insan haqları Mərkəzinin direktoru Cianşa Ömərov, jurnalist Seymur Baycan, "Üçüncü baxış" agentliyinin rəhbəri Rauf Rəcəbov, "Konsensus" QHT-sinin rəhbəri Afət Sarıyev "Azərbaycan günləri" adlı tədbirlərdə iştirak etmək üçün Yerevanda səfərdə olublar.

Xəbər lenti

Xəbər lenti