...

ATƏT-də ANAMA-nın işləri təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2008 19:00 (UTC +04:00)
ATƏT-də ANAMA-nın işləri təqdim edilib

Avstriya, Vyana, 16 aprel/ Trend müxbir A.Ələsgərov / Bu gün ATƏT-in forumu çərçivəsində Vyanada Hofburq sarayında Minaların zərərsizləşdirilməsi üzrə Azərbaycanın Milli Agentliyinin təqdimatı keçirilib.

Tədbir iştirakçılarına təşkilat və Azərbaycan ərazisində minaların zərərsizləşdirilməsi üzrə işlər haqqında sənədli film nümayiş etdirilib. ANAMA-nın direktoru Nazim İsmayılov təşkilatın fəaliyyəti haqqında məlumatlandırıb, minaların zərərsizləşdirilməsi problemlərinə toxunub. O, Sovet Ordusu hərbi anbarının partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə işlərin aparıldığı kəndin adını daşıyan (Azərbaycanın Ağstafa rayonu) Saloğlu layihəsini ayrıca təqdim edib. İsmayılov döyüş sursatlarının sayına görə regionun çox yüksək dərəcə daşıdığını və bunun zərərsizləşdirmə prosesini çətinləşdirdiyini bildirib.

Layihənin birinci fazası (2006-2007) 564 ha ərazinin minalardan təmizlənməsini əhatə edib və təqribən 1,047 mln. avroya başa gəlib. Layihənin iyunda başa çatan ikinci fazası 220 ha ərazinin minalardan təmizlənməsini nəzərdə tutur, görülən işlərin dəyəri isə 440 min avroya bərabərdir. Bundan sonra üçüncü- sonuncu faza başlayacaq və o regionun yeraltı təmizlənməsini nəzərdə tutur.

İsmayılov bildirib ki, minaların təmizlənməsi məqsədilə "Bozena 5" tipli məsafədə idarəedilən maşının alınmasına dair "WAY Industri" şirkəti ilə müqavilənin imzalanması üçün aprelin 17-də Slovakiyaya yola düşəcək.

ANAMA 1998-ci ildə, Azərbaycan ərazisinin minalardan təmizlənməsi məqsədilə yaradılıb. 2008-ci ilin martınadək ANAMA Azərbaycanda 65 mln. kv. m radiusunda ərazini təmizləyib.

Xəbər lenti

Xəbər lenti