...

Münaqişələrin olması MDB ölkələri arasında qarşılıqlı münasibətlərdə "böyük çat" yaradır - Azərbaycanın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2008 14:26 (UTC +04:00)
Münaqişələrin olması MDB ölkələri arasında qarşılıqlı münasibətlərdə "böyük çat" yaradır - Azərbaycanın müdafiə naziri

Qırğızıstan, Bişkek, 02 iyul / Trend , müxbir R.Məşədihəsənli/ Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri hesab edir ki, MDB məkanında olan münaqişələr əsas problem olaraq qalır və Birlik ölkələrinin qarşılıqlı münasibətlərində "böyük çat" yaradır. "MDB-də vəziyyət heç də ideal deyil. Birlik məkanında olan münaqişələr MDB üçün bir nömrəli problem olaraq qalır", çərşənbə günü Bişkekdə MDB ölkələri müdafiə nazirləri Şurasının yığıncağından sonra Azərbaycanın müdafiə naziri Səfər Əbiyev deyib.

Nazir bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi problemini MDB çərçivəsində mütəmadi olaraq qaldırır. "Lakin təəssüf ki, Azərbaycanın problemi indiyədək həllini tapmayıb", - deyən Əbiyev əlavə edib ki, MDB ölkələri bu problem barədə qəti mövqelərini bildirmirlər.

"Bu vəziyyət MDB daxilində qarşılıqlı münasibətlərdə "böyük çat" yaradır", - nazir qeyd edib.

"MDB ölkələrinin qarşılıqlı münasibətlərinin əsasında beynəlxalq hüququn olması arzuediləndir. Çox təəssüf, biz hələ ki, bunu deyə bilmərik", - Əbiyev deyib.

Xəbər lenti

Xəbər lenti