...

Dağlıq Qarabağ münaqişəsi üzrə Moskva danışıqlarının kontekstini Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkil edəcək – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir E.Əliyev/ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Moskva danışıqlarının kontekstini Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkil edəcək.

"İki ölkə xarici idarə başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü avqustun 1-də Moskvada olacaq", - bazar ertəsi jurnalistlərə mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.

Danışıqlar münaqişənin tənzimlənməsi üzrə Madrid prinsipləri əsasında olacaq. 2007-ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə baza prinsiplərini  nəzərdən keçirmək üçün təqdim ediblər. Həmsədrlər"Madrid təklifləri"ni ədalətli və balanslaşdırılmış hesab edirlər.

İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir

Xəbər lenti

Xəbər lenti