...

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi məsələsini nəzərdən keçirirlər – rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2008 14:56 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi məsələsini nəzərdən keçirirlər – rusiyalı həmsədr

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Novruzov/ ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun Moskvadan telefonla Trend - a bildirdiyinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan yaxın vaxtlarda görüşə bilərlər, lakin görüşün konkret vaxtı hələ məlum deyil.

"Mən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixini dəqiq bilmirəm, lakin dəqiq bilirəm ki, görüş baş tutacaq", - deyə Merzlyakov bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı jurnalistlərə ATƏT-in Minsk Qrupu həmsədrlərindən ermənistanlı həmkarı Edvard Nalbəndyan ilə görüş barədə təklif gözlədiyini bildirib.

"Hələ avqust ayında Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ilə son görüş zamanı Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün təşkil edilməsi qərara alınıb. Lakin biz bu görüşün keçirilmə yeri və vaxtı barədə onlardan hələ də heç bir təklif almamışıq", - deyə nazir bildirib.

Ermənistan Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək sülh danışıqlarını davam etdirirlər.

ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədr olduğu ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün vasitəçi qismində çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti