...

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sazişin əldə olunmasında maraqlıdır – Ermənistan xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2008 13:17 (UTC +04:00)

ARKA-nın verdiyi xəbərə görə, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sazişin əldə olunmasında maraqlıdır.

"Rusiya dəfələrlə nizamlanmaya dair mövqeyini bildirib və bu, diplomatik oyun deyil. O, tərəflərin razılığa gəlməsində maraqlıdır. Çünki Rusiyanın həm Ermənistanla bağlı, həm də enerji daşıyıcıları istehsalçısı və onları tranzit edən ölkə kimi Azərbaycanla bağlı ciddi maraqları var", - deyə Köçəryan "Ermənistanın səsi" qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiya arasında qarşılıqlı asılılığın səbəbi olan tək sahə deyil, bu kimi çox sahələr mövcuddur.

Xəbər lenti

Xəbər lenti