...

Azərbaycan və Ermənistan prezidentləri qarşılıqlı anlaşmada irəliləyişə nail olublar – ATƏT-in Minsk Qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2009 19:41 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri qarşılıqlı anlaşmada irəliləyişə nail olublar – ATƏT-in Minsk Qrupunun həmsədri

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olublar, - ATƏT - in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza çərşənbə günü Trend - a bildirib.

Çərşənbə günü Sürixdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşü baş tutub, - AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər yayıb.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bundan bir gün əvvəl prezidentlərin görüşünün hazırlanması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

"Prezidentlərin görüşü müsbət və konstruktiv olub. Prezidentlər baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olub və digər məsələlərə dair mövqelərdəki ziddiyyətləri azaldıblar", - Brayza deyib.

Onun sözlərinə görə, həmsədrlər "bu müsbət məqamı qorumaq üçün" gələn ay ərzində regiona səfər etməyi planlaşdırırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti