...

Azərbaycan dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını gözləyir - ombudsman

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2009 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir C.Babayeva/ Azərbaycan dünya ictimaiyyətindən Xacalı faciəsinin insanlığa qarşı soyqırım aktı kimi tanınmasını və müqəssirlərin cəzalandırılmasını gözləyir. Bu barədə Trend -a çərşənbə günü Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib.

"Faciənin müqəssirləri məlumdur. Onlar soyqırım aktını kiçik insan qrupuna qarşı deyil, bütün insanlığa qarşı törədiblər", - deyə Suleymanova vurğulayıb.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov əvvəllər Trend -a bildirib ki, Azərbaycan hökuməti Xocalı soyqırımı ilə əlaqədar Ermənistanın Beynəlxalq Məhkəməyə (Haaqa məhkəməsi) verilməsi məsələsini nəzərdən keçirir.

Azərbaycan Milli Məclisinin (parlament) deputatı xaricdə yaşayan azərbaycanlıları Xocalı soyqırımı ilə bağlı bu ölkələrdə keçiriləcək aksiyalarda fəal iştirak etməyə çağırıb.

"Digər dövlətlərdə yaşayan azərbaycanlılar Xocalı soyqırımı və Dağlıq Qarabağ ilə bağlı keçirilən aksiya və tədbirlərdə fəal iştirak etməlidirlər. Bizim həmvətənlərimizin Xacalı soyqırımının ildönümündə evdə oturmağa haqqı yoxdur. Onlar bu tədbirlərdə iştirak etməklə yanaşı, digərlərini də aksiyalara cəlb etməlidirlər", - deyə Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assmbleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

O bildirib ki, Ombudsman Aparatı Təhsil Nazirliyi ilə birgə ölkənin bütün məktəblərində uşaqların imzalarını toplamaqla məşğuldur.

"Uşaqlar regionda sülhün əldə olunmasına yardım üçün öz səsləri ilə dünya ictimaiyyətinə müraciət edəcəklər. Dünya soyqırım faktının olmasına əmin olmayınca, tədbir görməyəcək", - deyə Süleymanova bildirib.

Süleymanova bildirib ki, Ombudsman Aparatı Xocalı barədə filmlər, materiallar, kitablar yayacaq. Mayın sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır. Konfransda beynəlxalq ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti