Rusiya, Moskva, 11 mart / Trend , müxbir R.Ağayev /
"Azərbaycan coğrafi, geosiyasi, mədəni və iqtisadi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi nöqteyi-nəzərindən Rusiya Federasiyasının strateji tərəfdaşı olub, bu mövqedə qalır və bundan sonra da qalacaq", - Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Vasili Lixaçov hesab edir.
Onun fikrincə, bu gün ölkələrin münasibətlərində onları bir-birindən ayıracaq problemlər olduğunu söyləmək olmaz.
"Dostlar arasında texniki məsələlərlə bağlı problemlər ortaya çıxa bilər, mənə elə gəlir ki, bizim siyasi, həmçinin parlamentlərarası dialoqumuz daha intensiv xarakter daşıyır", - Lixaçov Moksvada, "Parlamentarizm və Avropa təhlükəsizliyi" mövzusunda keçirilən mətbuat konfransında deyib.
"Moskva və Bakının həm siyasi, həm də iqtisadi potensialını mümkün qədər tez-tez toplamaq və razılaşdırılmış mövqelər üzrə çıxış etmək lazımdır", - o deyib.
Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki rolu haqda danışan Lixaçov qeyd edib ki, RF həmişə Dağlıq Qarabağ münaqişəsinin unikal bir problem olması mövqeyindən çıxış edib. Ona görə də bu problemə müasir beynəlxalq hüququn əsas prinsiplərinə sözsüz riayət olunması ilə, münaqişəyə cəlb edilmiş tərəflər arasında konsensusun axtarışına əsaslanan spesifik həll metodlarının tətbiq edilməsi vacibdir.
"Dialoq var, bu dialoq və qarşılıqlı anlaşma üçün meydançanın xeyli geniş olması arzuolunandır", - Lixaçov əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]